Türkiyənin Star TV telekanalında yayımlanan "Zuhal Topalla evlənmə" verilişinə Səbinə adlı azərbaycanlı xanım qatılıb.
Teleqraf.com xəbər verir ki, 29 yaşlı Səbinə 24 yaşlı Tolqaya namizəd olub.
O, bacısıyla Türkiyədə yaşadığını deyib: "Ailəm Azərbaycanda yaşayır. Anam ukraynalı, atam azərbaycanlıdır. Türkiyədə bacımla qalıram. Gözəllik salonunda işləyirdim, hazırda işdən ayrılmışam. Yenidən başqa salonda işləyəcəm".
Səbinəni namizədliyini qəbul etməyən Tolqa onun əl-ələ salam verməsinə də irad bildirib: “Əlimi sıxarkən çəkdi. Azərbaycanda belə salam verirlər?”.
Səbinə isə cavabında həyəcanlı olduğunu deyib.
Xatırladaq ki, Səbina illər öncə Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Onun yarısı” verilişində türk vətəndaşı ilə evlənmişdi.
Rəqsanə