27 Mart 2017 14:05
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mediada müğənni Afət Fərmanqızının duet ortağı Seyran Əliyevlə ailə qurması haqqında xəbərlər yayılıb.

Məsələ ilə bağlı Afət Fərmanqızı Teleqraf.com-a açıqlama verib:

“Seyranla ailə qurmamışam. Hər ikimiz subay olduğumuza görə birlikdə yaşayırıq. Bir-birimizi tanımağa çalışırıq. Həyatdır, beş-on gündən sonra ayrıla da bilərik. Rəsmi nikaha gəlincə, bu haqda dəqiq heç nə deyə bilmərəm”.

Seyranın ailəsini dağıtmaqla bağlı ittihamlara müğənni belə cavab verib: “Hər ikimiz ailəli olmuşuq, amma Seyranın ailəsini dağıtmamışam. Seyran məndən bir il öncə həyat yoldaşından ayrılıb.

Mən də oğlumun atasından 19 ildir ayrılmışam. Amma rəsmi nikahdan 5 il əvvəl çıxdım. Seyran da mayın 15-də rəsmən həyat yoldaşından ayrılacaq. Bu haqda qohumlarıma da məlumat vermişəm.

Kim nə deyir, desin, mənə maraqlı deyil. İndiyə qədər adımı qoruyub saxlamışam. Hazırda da gizlin heç nə etmirəm. Biz duet ortağıyıq. Azərbaycanda o qədər gizli sevgili olan duet ortaqları var ki…

Seyran yaşca məndən kiçikdir. Buna isə normal baxıram. Gəlinlikdə yayılan fotolara gəlincə klip çəkilişindəndir”.

Afətin ilk nikahından bir oğlu, Seyranın isə iki övladı var.

Aylin


Müəllif:

Oxşar xəbərlər