11 İyul 2014 13:43
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bikinili qızların gözəllik müsabiqəsi olacaq.

Alınan məlumata görə, “World bikini model international Azerbaijan Final” adlı yarışmanın seçim turları və finalı iyulun 31-də baş tutacaq. Bu haqda layihənin təşkilatçısı Aqil Məmiyev xəbər verib. O, qalibin ölkəmizi Çində keçiriləcək müsabiqədə təmsil edəcəyini bildirib.

Münsif kürsüsündə əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Zamiq Hüseynov, model Anastasiya Bern, aparıcı Şəhriyyar Əbilov və başqaları əyləşəcək.

Qeyd edək ki, bu yarışma ötən il Braziliyada keçirilib.

/axşam.az/


Müəllif: