Aktrisa Pərvin Abıyeva Teleqraf.com-un suallarını cavablandırıb.
-Pərvin xanım, sevgilinizlə yenidən barışdınız...
-Bəli, sevgilimlə barışdım. Onunla 8 martdan öncə barışmışdıq, sadəcə heç kimə bildirmirdik. Əslində, tam barışmış da sayılmırıq. Yəni münasibətimiz əvvəlki kimi deyil.
-Evlilik gözlənilir?
-Dediyim kimi münasibətimiz əvvəlki kimi olmadığına görə dəqiq heç nə deyə bilmərəm. Amma həyatdır, bilmək olmaz.
-Sevgilinizə qarşı güvənsizlik var?
- Xeyr, güvənsizlik yoxdur. Sadəcə işimin, layihələrimin çox olması münasibətimizə əngəl olur. Hər ikimiz çox qısqancıq.
-Deyilənə görə, sevgiliniz məmur oğludur?
-Xeyr, məmur oğlu deyil.
-Bəs hansı sahədə çalışır?
- Dövlət işində deyil. Biznesmendir.
Rəqsanə