Dünyaca məşhur pop ifaçısı Corc Mayklın Londonun Hayqetsk məzarlığındakı məzarı hasara alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb ifaçının məzarının fanatlarından qorunmasıdır.
Məlumatlara görə, dəmir hasarın hündürlüyü 2 metrdən çoxdur.
Bu arada, ifaçının fanatı Nikki Teylor 200 kilometr yolu qət edərək, Makylın məzarını ziyarət etmək istəyib: "Bu biabırçılıqdı. Onun məzarını ziyarət etməyə imkan vermirlər".
Qeyd edək ki, Corc Maykl ölümündən 94 gün sonra dəfn edilib.
Samir