31 Mart 2017 13:20
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiralık Aşk” serialının məşhur aktrisası Elçin Sangunu meneceri məhkəməyə verib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Başar Okay Elçin Sangunu vəfasızlıqda günahlandıraraq 100 min dollarlıq təzminat davası açıb.

Başar Okay aktrisanın onunla müqaviləni ləğv edərək başqa şirkətlə çalışdığını deyib: “Bacı kimi davranaraq onu baş rol aktrisası etdim. Amma haqsız yerə müqaviləmizi ləğv etdi”.

Məhkəmədə şahid qismində iştirak edən 10 şəxs də aktrisanın tanınmasında menecerin böyük rolu olduğunu bildirib.

Elçin Sangu “Öyle Bir Geçer Zaman ki”, “Aşk Kaç Beden Giyer”, “Kiralık Aşk”, “Karadayı” kimi bir çox seriallarda çəkilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər