“Bir çox axmaqlara demək istəyirəm ki, işiniz varsa onunla məşğul olun. Afaq hər zaman sizi dolamağa hazırdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nadir Qafarzadə müğənni Afaq Aslan barədə sosial şəbəkədə yazdığı statusda qeyd edib.
Afaq Aslana yönəlik şərhlərə əsəbləşən Qafarzadə onu dəstəklədiyini də etiraf edib:
“Bu gün saytların birində bu qadın haqqında məqalə yazılıb. Şərhlərə baxıram, 98 faizi bəyənmir, təhqir edir, daha nələr, nələr yazırlar. Çox maraqlıdır ki, bəyənmədiyin və ya öz səviyyənə sıxışdırmağın adam haqqında yazını necə oxumaq və fikir bildirmək olar?
9000-dən çox baxış sayı olub və en qədər də şərh yazılıb. Afaq, biz tanış olmasaq da, sizi şəxsən dəstəkləyirəm. Bizim insanlara belə maraqlıdır. İşində ol. Bir çox axmaqlara demək istəyirəm ki, işiniz varsa onunla məşğul olsun. Afaq hər zaman sizi dolamağa hazırdır.
Guya hamı elə abırlı, həyalıdır? Bakının küçələrində, metrolarda, avtobuslarda min oyundan çıxanlar, öpüşənlər və daha nələr, nələr… Qorxuram ki, tezliklə Bakı ən pozğun şəhər adını alsın. Hardasan, canım Bakım? Səni bu hala kim saldı? Axı səndə gözəl, səviyyəli, savadlı, zövqlu, namuslu, qeyrətli adamlar yaşayırdı”.
Pərvin