Sosial şəbəkədə əməkdar artist Elza Seyidcahanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifəyə təyin edilməsi xəbəri yayılıb.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Elza Seyidcahan xəbəri nə təkzib, nə də təsdiq edib:
“Həyatda hər şey ola bilər. Vəzifəyə getsəm də xasiyyətim dəyişməyəcək. Bizim musiqilərimiz təbiətdən qaynaqlanır. Təbiətlə bağlı böyük layihələr həyata keçirmişəm. Hər şey ola bilər. Burada təəccüblü hal yoxdur”.
Rəqsanə