11 İyul 2014 18:15
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Çində keçiriləcək “Miss Bikini World” yarışmasında Azərbaycanı “Venera” model agentliyinin üzvü İradə Quliyeva təmsil edəcək.

Bu haqda Türkiyədə yaşayan model Günay Musayevanın mətbuat katibi xəbər verib. O deyib ki, bikini yarışmasında münsif kürsüsündə Azərbaycanı Günay təmsil edəcək:

“Bu müsabiqənin ölkəmizlə bağlı bütün hüquqları ona aiddir. İradənin təmsilçi kimi seçilməsində də Günayın təşəbbüsü olub. Yarışma avqustun 28-də baş tutacaq”.

Model agentliyinin rəhbəri Samirə Rəsulova (Syama) İ.Quliyevanın “Miss Bikini World”də iştirakı ilə bağlı bunları deyib:

“İradəni Günay Musayeva ilə birlikdə seçdik. Modelimiz yarışmanın təşkilatçıları ilə müqavilə imzalayıb. Avqustda Çinə yola düşəcək. Uğur qazanacağımıza inanırıq”.

/axşam.az/


Müəllif: