6 Aprel 2017 00:51
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı modellər İrina Lantux və Anna Lisovskaya Moskvanın "Kvartira" klubunun ayaqyolusunda dava ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hər iki şəxs insidentdən sonra polisə müraciət edib. Məlumatlara görə, Lisovskaya rusiyalı biznesmen Aleksandr Şarıqonun oğlunun eks-sevgilsidir. Lisovskayanı döydüyü üçün milyonerin oğlu bir neçə ay həbsxanada yatıb.

Gənc qız olanları belə xatırlayıb: "Mən dostlarımla klubda ad günümü qeyd edirdim. Kənarda dayanan iki qız dayanmadan mənə baxırdı. Ayaqyoluna gedəndə qızlardan biri mənə yaxınlaşdı və döyməyə başladı. Sonradan məlum oldu ki, bu qız Şarıqonun işi üzrə aparılan məhkəmə prosesində şahid qismində ifadə verib. Mənə elə gəldi ki, Şarıqo bu qızı mənim üstümə göndərib".

Lantux isə olanları başqa cür təqdim edib: "Mənə elə gəlir ki, Lisovskaya eks-sevgilisini qısqandığı üçün mənə hücum edib".

Hazırda polis faktla bağlı araşdırma aparır.

Elvin


Müəllif:

Oxşar xəbərlər