7 Aprel 2017 18:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı popçu Britni Spirsə görə İsraildə keçiriləcək seçkilər təxirə salındı.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iyulun 3-də Britni Spirs Tel- Əvivdə konsert proqramı ilə çıxış edəcək.

Bu səbəbdən İsrail Fəhlə Partiyasının daha öncədən həmin günə təyin olunan seçkiləri təxirə salınıb.

Partiya mətbuata açıqlamasında Britni Spirsin adını çəkməyib, amma bildirib ki, Hayorkonda keçiriləcək konsertlə bağlı baş verə biləcək izdihamla əlaqədar seçki iyul ayının 4-də olacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər