16 Aprel 2017 15:38
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayevin müğənnilərin toy aparmalarını pisləməsi etiraza səbəb olub.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, ifaçılar "Lider maqazin"ə açıqlama verərək, məsələyə münasibət bildiriblər:

Vasif Məhərrəmli: "Elə müğənni var ki, oxuduqları ara mahnılardır. Eləsi də var ancaq bəstəkar mahnıları səsləndirir. Toy aparmağı heç kimdən öyrənməmişəm. Faiq Ağayevin sözündə həqiqət var. O, toy qiymətini qaldırdı, bizlər də başladıq toya baha getməyə".

Ədalət Şükürov: "Əgər ev yiyəsi bir mahnını sifarış edirsə, on dəfə də oxuya bilərsən. Heç kimdən yox, başqaları məndən toy aparmağı öyrənib. Hər bir müğənninin öz qiyməti var".

Səlim Abbasov: "Yorğun ola bilərsən, səsin işləməz, yola verərsən. Amma toya gəlmisənsə, canla-başla işləməlisən. Üç yaşımdan atamla toylara gedirdim".

Mətanət Əsədova: "Öz işləridir, onlara heç nə deyə bilmərəm. Mən özümə cavabdehəm".

Nazənin: "İnsnalar pul verir, dəvət edirlərsə, toya canını, ürəyini qoymalısan. Mən dördüncü, beşinci sinifdə oxuyanda, öz müəllimlərimlə toya getmişəm".

Qeyd edək ki, F.Ağayev həmkarlarının toyu yola verdiyini iddia etmişdi:

"Qonorarını yüksək edə bilər, amma baxın görək onun arxasında yaxşı iş durur? Saat 9-dan sonra fonoqram oxuyurlar. Üzlərini musiqiçilərə çevirir, əli cibində oxumağa başlayırlar. Axı bu qonaqlara hörmətsizlikdir. Tanınandan sonra qiymət qaldırırlar. Səhnədə dörd səriştəsiz musiqiçi hara, 13 nəfər əjdaha hara? Lap Faiq Ağayev yox, başqası olsun, yaxşı qonorar alırsa, musiqiçiyə də yüksək məbləğ verməlidir. Bəziləri var ki, musiqiçiyə az pul verir, özü çox götürür. Bu, haramçılıqdır. Üç mahnısı var, bütün toy ərzində oxuyurlar. Onlar dərs almaq üçün bir toydan aldıqları pulu mənə gətirsələr belə azdır. Üç-dörd toydan aldıqları pulu gətirsinlər öyrədərəm. Məndən bəhrələnən müğənnilər var ki, gözəl toy idarə edirlər. Mən toya gedəndə bəy-gəlin üçün solo konsert verirəm. İlk əvvəl isə toy üçün ssenari hazırlayıram".


Müəllif:

Oxşar xəbərlər