Oxşar xəbərlər
“Eurovision -2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov solo konsert verəcək.
İfaçının “Eldar summer live show” adlı konserti “Jumeirah Bilgah Beach Hotel”dəki “Equinox Beach Club”da baş tutacaq.
E.Qasımov bildirib ki, konsertində maraqlı sürprizlər olacaq:
“Bu konsertim çox fərqli olacaq. Məni dinləməyə gələnlərə bol əyləncə və sürpriz vəd edirəm. Onu da deyim ki, sürprizim hər kəsi təəccübləndirəcək”.
İyulun 18-də keçiriləcək konsert “KKM production” tərəfindən reallaşacaq.
Konsertin biletlərini “Park Bulvar”ın I mərtəbəsində edə bilərsiniz.
Xatırladırıq ki, E.Qasımov bu ilin martında “The One” adlı solo-club konserti vermişdi.
/tabloid/