14 İyul 2014 15:55
4 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçılar onu Ms.Şaxo kimi tanıyır. Öz adını gizlədən repçi yerli şou-biznesdə öz üslubu, ifa tərzi olduğunu deyir.

Repçi Tabloid.az saytına müsahibəsində bu və digər suallarımızı cavablandırıb.

-İndiyə kimi kimlərlə duet oxumuşunuz?

-Artıq 13 ildir ki, Azərbaycan rep sənətindəyəm. Özümə görə dinləyici auditoriyam var. Təbii ki, məni sevənlər kimi sevməyənlər də var. Buna normal yanaşıram.. Samrina, Mehin, İradə İsakova, Səidə Dadaşova ilə duetlərim olub. Səidə xanımla artıq ikinci klip üzərində işləyirik.

-Necə oldu ki, “Bizlər burada” kimi açıq-saçıq səhnələri olan klip çəkdirmək qərarına gəldiniz?

-Biz Avropa telekanallarını izləyirik. Təbii olaraq bizim tamaşaçılar da orada gördüklərini istəyir. Mən də qərara gəldim ki, əgər dinləyici bunu istəyirsə, onlara belə klip təqdim edim. Düzdür, ünvanıma çoxlu sayda tənqidlər oldu. Amma məni tənqid edənlərə bunu deyə bilərəm ki, efirlərə “gey”ləri çıxarırlar. Bəzi dinləyiciləri isə anlaya bilmirəm. Kompyüterin arxasında oturub, ağızlarına gələni yazırlar. “ YouTube”-da bəyənib-bəyənməməklə bağlı işarələr qoyulub. Təbii ki, şərh də yazmaq olar. Əgər mənim klipimi bəyənmirsənsə, xoşlanmadığın məqamları bildirmək haqqın var. Amma ki, axmaq şərhlər yazmağın yeri yoxdur. Onu da deyim ki, klipim “YouTube”-a bir aydan da azdır ki, yerləşdirilib. Amma artıq 15 mindən çox baxış sayı var. Bu mənim üçün böyük uğurdur.

-Necə düşünürsünüz, bu kliplə yenilik etdiniz? Çünki repçi Qurd da bir müddət öncə 18+ klip təqdim etmişdi.

-Azərbaycanda mənim klipim kimi iş olmayıb. Klipdə qızın barmağını ağzına salıb, təhrikedici hərəkətlər etməsi olmayıb. Qurdun klipi tamam başqadır. Məni ekran işim isə tam fərqlidir.

-Bu qəbil kliplərin davamı olacaq?

-Hazırda çəkdiyim klip də 18+-dur. Tərəf müqabilim də Səidə Dadaşovadır. Klipimdə əməyi keçənlərə - rejissor Rahib Asifoğluna, operator Sərdar Salehoğluna, təşkilatçı Elcan Məmmədliyə, stilist və rəssam Suliyə (Süleyman Həsənov), rəqqasə və modellər Vüsalə Əliyevaya, Ülviyyə Nuraya və Türkiyədən xüsusi dəvət olunan Esmiralda xanıma təşəkkürümü bildirirəm.

-Hüseyn Dərya, Anar Nağılbaz, Uran, Elşad Xose və digərləri... Ms. Şaxo onların arasında özünə yer edə biləcək?

-Şaxo artıq 13 ildir ki, sənətdədir. Onu da deyim ki, bütün repçilərlə çox gözəl münasibətlərim var. Aramızda heç bir qalmaqal yoxdur. Çünki bir-birimizə böyük hörmətimiz var. Hətta onlardan mənə hər zaman dəstək gəlir. Repin atası kimi tanınan Anar Nağılbaz hər zaman mənə dəstək olur. Hazırda onunla yeni bir layihə üzərində işləyirik. Birgə klip də çəkdirəcəyik. Erotikadan uzaq bir layihə olacaq. Rəqs üzərində qurulacaq. Bu işimiz hamını silkələyəcək, oynadacaq. Hər kəs tərəfindən seviləcək. Gələn ayın ortalarında mahnı hazır olacaq.

-Qeyd etdiniz ki, kütlə, tamaşaçılar daha çox açıq-saçıq səhnələri olan klipləri seyr etməyə üstünlük verirlər. Ona görə də siz 18+ klip çəkmək qərarına gəlmisiniz. Rep elə bir musiqi janrıdır ki, çoxluq onu sevir, dinləyir. Siz bununla insanlara mesaj göndərməyi düşünürsünüz? Hansısa sosial bir problemə toxunmaq, qadın zorakılığı, uşaqlara qarşı şiddət və sair. Bu problemlərə toxunmaq daha maraqlı və diqqət çəkən olmazdı?

-Düzgün qeyd etdiniz. Bizim belə bir layihəmiz var. Məhz qadına qarşı şiddət, zorakılığa qarşı rep deməyi düşünürəm. Amma bu layihəni 2015-ci ildə təqdim edəcəyəm. Yeni albomum üzərində işləyirəm. Həmin bu rep də yeni albomuma daxil ediləcək.

-Yerli şou-biznesdə kiminlə duet oxumaq istərdiniz?

-Röyanın, Natəvan Həbibinin ifasını sevirəm. Amma mənə görə Azərbaycan estradasının simaları Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Samir Bağırov və Brilliant Dadaşovadır. Onu da deyim ki, növbəti klipim daha çox açıq-saçıqdır. Klipdə yataqda sevişirəm”.


Müəllif: