14 İyul 2014 20:35
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı-prodüser Acun İlıcalının "Yetenek sizsiniz Türkiye" yarışmasının münsif kürsüsündə müğənni Hülya Avşarın yerinə aktrisa Özgü Namal əyləşəcək.

Alınan məlumata görə, H.Avşar isə yeni mövsümdən etibarən Acunun "TV8" kanalında səhər proqramı aparacaq.

Qeyd edək ki, A.İlıcalı daha əvvəl "Möhtəşəm yüz il" serialından Hürrəm Sultan obrazı ilə tanınan Məryəm Üzərliyə yarışmada münsif olmaq təklifilə müraciət etsə də, o, Türkiyəyə geri dönmək istəməmiş və qızı Laranı böyütmək üçün Almaniyada qalacağını bildirmişdi.

/axşam.az/


Müəllif: