15 İyul 2014 14:50
4 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci xanımlar ən az prezidentlər qədər ölkə həyatında mühüm rol oynayırlar. Elə buna görə də, onların həyatı, geyim tərzi, ölkə həyatındakı rolu insanların maraq dairəsində olan mövzudur.

Karla Bruni Fransanın birinci xanımı statusuna layiq görülmədən əvvəl model və müğənni kimi fəaliyyət göstərib. O, dünya şöhrətli model olub. Fransanın birinci xanımı olmasına baxmayaraq, Karla Bruni əslən italyan mənşəlidir. Karla 1967-ci ilin 23 dekabrında anadan olub. 6 yaşına kimi doğulduğu Turin şəhərində yaşayıb. Musiqiçi ailəsində dünyaya gələn qızcığazın anası pianoçu, atası isə bəstəkardır. 6 yaşında valideynləri onu Fransaya gətirirlər. Karla Fransanın nüfuzlu məktəblərində oxuyub, musiqi təhsili alıb. Universitetə qəbul olsa da, təhsilini modellik karyerasına qurban verir. Dostlarının və tanışlarının məsləhəti ilə özünü modellik sahəsində sınamağa qərar verir. “City model” agentliyini xarici görünüşü qane etdiyi üçün Karlanı həmin dəqiqə işə qəbul edir. 90-cı illərdə isə artıq o, dünyanın ən uğurlu modellərindən birinə çevrilir. GUESS və VERSACE kimi iri moda evlərinin siması seçilir. Onun fotolarının axtarışına çıxanda çoxunda çılpaq pozalar verdiyini müşahidə edərsiniz. Buradan belə bir nəticəyə gəlmək olar ki, Karla Bruni çox cəsarətli qızdır, axı onun cazibədar bədəni və qəşəng üzü olub. Sonsuz sevgi macəraları və qalmaqallı fotoları ilə gündəmə gələn Karla 29 yaşlarında modellik fəaliyyətini dayandırıb musiqi karyerası ilə məşğul olmağa qərar verir. 2003-cü ildə çıxardığı debüt albomu ona uğur gətirir. Lirik üslubu və mahnıların həzin sözləri çoxlarının xoşuna gəlir.

/tabloid/

Karla Bruni təkcə öz yaradıcılığı ilə deyil, qalmaqallı və çoxsaylı sevgi romanları ilə də həmişə böyük maraq cəlb edir. Bu gözəlin pərəstişkarları arasında Mik Caqqer, Erik Klepton, Donald Tramp, Kevin Kostner, Vinsent Peres, Çarlz Berlinq və keçmiş baş nazir Loran Fabiusnın adı çəkilir. Yazıçı Jan-Pol Entovenlə olan münasibətləri xüsusi qalmaqala səbəb olmuşdu. Belə ki, o, eyni zamanda, yazıçının oğlu – Rafellə də görüşürmüş. Bruni birinci dəfə deyildi ki, özü haqda bəyanatlarla ictimaiyyəti şoka salırdı. O, kişilərlə olan münasibətlərində monotonluqla qane olmadığını etiraf etmişdi. 2001-ci ildə 33 yaşlı Karla Bruninin 23 yaşlı tələbə Rafael Entovendən oğlu dünyaya gəlir. Kral Bruni ona hətta ilk albomunda “Rafael” adlı mahnı həsr etmişdi.

Nikola Sarkozinin 3-cü arvadı, yaxud Fransanın birinci xanımı

2007-cu ildə Fransa prezidenti Nikola Sarkozi ilə tanış olandan sonra onun həyatı tamami ilə dəyişir. Məhz o, gözəlin azğın qəlbinin sahibi olur. 2008-ci il fevralın 2-də Yelisey sarayında bu maraqlı cütlük qanuni nikaha daxil olur, Karla Bruni Fransanın birinci xanımı statusunu qazanır. Dünya mətbuatına bomba kimi düşən xəbər böyük səs-küyə səbəb olmuşdu. O, Fransa prezidentinin həyat yoldaşı olandan sonra daha böyük populyarlıq qazanır. Çılpaq fotolar çəkdirən modelin birinci xanım statusuna layiq görülməsini normal qəbul etmək mümkün deyildi. Yəqin ki, məhz buna görə də Karla var gücü ilə dünyaya sübut etməyə çalışırdı ki, o, ağrılı keçmişi silərək dəyişə, qəşəng, işgüzar üslub, şarm timsalı və yeni dəb qanunvericisi ola bilər. Həm də Avropa ölkələrinin bütün dövrlərdə görmək istədiyi birinci xanım olmağa qadirdir.

Bəd ağızların pis proqnozlarına baxmayaraq, cütlük artıq neçə il idi ki, canbir qəlbdə, mehriban və firavan həyat sürür. Hətta Fransa xalqı öz birinci xanımını sevir, gözəlliyi ilə fəxr edirdi! Karla ilə ünsiyyətdə olanlar onun xeyirxahlığı və mehribanlığından ağız dolusu danışırlar. Xeyirxahlıq və nəciblik onun gözlərində öz əksini tapıb. 2011-ci ilin 19 oktyabrında cütlüyün Culiya adlı qızı dünyaya gəlir. 2012-ci ilin iyununda jurnalistlərin səyi nəticəsində məlum olur ki, Karla ikinci dəfə hamilədir. Cütlüyün özü isə bu barədə məlumat verməyib.

Bütün dövrlərin ən tamahkar qadını

İmelda Markos Filippinin keçmiş diktatoru Ferdinand Markosun arvadıdır. İmelda Markos çox kasıb bir ailədə dünyaya gəlib, o həmişə varlı və nüfuzlu qadın olmağı arzulayır və bütün bunları əldə edir. Qeyd edim ki, cavanlıqda İmelda çox gözəl olub, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. İmelda Markos da Krala Bruni kimi ancaq çox az müddət model kimi fəaliyyət göstərib.

Filippinin mərhum diktatorunun xanımı ayaqqabı tutqunudur. İmelda Markosun dünyada ən böyük və ən bahalı ayaqqabı kolleksiyası vardı. Elə buna görə də onu “Bütün dövrlərin ən tamahkar qadınları” siyahısına aid edirlər. Belə ki, onun 2700 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var. Siyasət aləmində isə İmelda Markosa “polad kəpənək” deyirlər. Filippinin birinci xanımı olmuş İmelda Markos başqa ölkəyə səfər edəndə özü ilə 300 paltar çamadanı aparırmış. Amma bu xarici səfərlər zamanı İmelda Markos “həm ziyarət, həm ticarət” prinsipinə uyğun olaraq özü üçün bahalı əşyalar da almağı unutmur. Məsələn, 1983-cü ildə o, Nyu-York, Roma və Kopenhagen dükanlarında 9 milyon dollar xərcləyir. Amma onun şopinqlərinin çeki adətən 1-2 milyon təşkil edib. Geyimləri isə əlbəttə ki, ən bahalı moda evlərindən alırdı. 14 il ərzində geyim-keciminə və paltarlarına xərclədiyi pulun miqdarı isə 1 milyard dollardır.

Ferdinand Markosun başçılığı zamanında xalq çox ağır yoxsulluq keçirərkən Markos cütlüyü lüks həyatlarından əl çəkmirlər. Bu vəziyyətə dözə bilməyən xalq nəhayət ki, üsyan edir və Markos hakimiyyəti ilə lüks həyatı sona çatır. Hökumət dağılıb, Markosun malikanəsinə basqın edildikdə Filippin televiziyası qarşılaşdıqları ayaqqabı kolleksiyasını bütün dünyaya xəbər agentliklərinə flaş xəbər olaraq ötürürlər. Hökumətin devrilməsindən sonra illərlə Havay adalarında sürgündə yaşayan İmelda Markos sürgündən sonra ölkəsinə dönür. Həddindən artıq lüks həyat yaşayan həyatdan geri qalan isə ayaqqabılarının bir muzeydə toplanıb sərgilənməsi olur.

Hazırda yaşı 85-ı keçsə də, o, hələ də ölkəsinin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır. Filippinin sabiq və mərhum diktatoru general Ferdinand Markosun dul xanımı İmelda Markos 85 yaşını ölkənin şimalındakı İlokos Norteyə yollanaraq ərinin mavzoleyində qeyd edib. 1989-cu ildə vəfat etmiş Ferdinand Markosun cəsədi 1993-cü ildə tikilmiş mavzoleydəki sarkofaqa yerləşdirilmişdi. Belə ki, həmin gün mavzoleydə ərinin mumiyasının saxlandığı şüşə sarkofaqa yaxınlaşan 85 yaşlı İmelda Markos şüşəni öpüb, ağlayıb. Minlərlə tərəfdarının yığışdığı və kütləvi tədbirə çevrildiyi ad günündə İmelda Markosa tufli formasında tort hədiyyə olunub.

İmelda Markos hazırda Filippin Konqresinin Nümayəndələr Palatasının üzvüdür.

Kendra Spearsın zəngin iş adamı və fars şahzadə Rəhim Ağa Xan ilə olan nikahları bir çox səbəblərə görə, maraqlıdır. Həyat yoldaşından 17 yaş kiçik olan 25 yaşlı top model Amerikada dünyaya gəlib. Digər dinə və məzhəbə qulluq edən model evlənəndən sonra ərinə görə, islam dinini qəbul edir. Buna baxmayaraq, təvazökar həyat tərzi sürmür, jurnalların üz qabığına açıq-saçıq pozalar verir və xanım tərki-dünyalığa hazır olduğu təsiri bağışlamır. Gözəlin çılğın həyat tərzi cütlüyün münasibətlərinə qətiyyən təsir göstərmir, hələ də birlikdə firavan yaşayırlar. Kendra Spears dünyanın ən cazibədar modellərindən biri Sindi Krouforda bənzəyir. Sanki bir almanın yarısıdılar...

Kendra milyarder müsəlmanla evləndikdən sonra üslubunda bəzi dəyişikliklər edir. Belə ki, model milli geyimlər geyinməyə başlayır. Modellik fəaliyyətini ilə vidalaşmağa hazırlaşmır. Sevimli ər arvadının modellik karyerasına hörmətlə yanaşır. Çünki onun babası, atası və qardaşı da dünyanın ən cazibədar qızları ilə ailə qurublar. Görünür, bu nəsil ənənəsinə çevrilib.

Bu ənənənin təməlini Rəhim Ağanın babası qoyub. Babası vaxtı ilə Hollivudun məşhur aktrisası olan Rita Xeyvortla evlənib. Şahzadənin atası ingilis modeli Sara Kroket-Pulla, Rəhim Ağanın kiçik qardaşı isə gözəlçə Kristi Vayt ilə ailə qurub. Keçən il vəliəhd şahzadə özü də bu ənənəyə sadiq qalaraq modellə evlənir.


Müəllif: