Publika.az xəbər verir ki, bu barədə müğənni özü “Unudaram” adlı klipinin təqdimat mərasimində bildirib.
Musiqisi Emin Kərimiyə aid olan mahnının animasiyalı klipini Namiq Əsədov və Cavid Əbdülrəhmanov ərsəyə gətirib. Gənc rejissorlar mətbuat konfransında bildirib ki, klipi Zamiqə hədiyyə ediblər. Onlar həmçinin animasiyalı klipin bahalı ekran işi olduğunu xüsusi vurğulayıb. N.Əsədov və C.Əbdülrəhmanov klipin neçəyə başa gəldiyini açıqlmasa da, animasiyalı ekran işinin saniyəsinin 200 dollar olduğunu etiraf edib.
"Unudaram" klipinin saniyəsinin 200 dollara başa gəldiyini nəzərə alsaq, 4 dəqiqəlik klipin təxminən 50 min dollara başa gəldiyini deyə bilərik.
Zamiq isə klipi çox bəyəndiyini bildirib.