2 May 2017 19:58
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatun Əliyeva ilə Rəqsanə İsmayılova arasında qalamaqal yaşanır. Buna səbəb Xatun Əliyevanın “ATV maqazin onlarla” verilişində Rəqsanəni toyunu əlindən almaqda günahlandırmasıdır.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda həmkarına sərt cavab verib:

“Ansamblımda 10 nəfərdən çox işçi çalışır və onların qiyməti bəzilərinin bütöv toy qiymətindən bahadır. Gözümü yumub, ağzımı açaram. Sadəcə, əziz həmkarım, ailənə və övladına hörmət etdiyimə görə insanlığımı qoruyuram. Vaxtında məclisdə söz dedin, susdum. Heç kimin çörəyi ilə oynamadım və oynamaram. Bir daha haqqıma girsən, o zaman addım atacam. Sözümüzü deyəcək dostumuz, arxamız var. Rusiya toylarına yeni-yeni gəlməyə başlamısınız, elə etməyin ki, bir daha gəlməyəsiniz”.

Aylin


Müəllif:

Oxşar xəbərlər