Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Kembric məhkəmə zalında baş tutan prosesdə ailənin vəkili “Kloser” jurnalınının redaktorları Kloser Lourens Pio, Mondadori Ernesto Mauri, fotoqraflar Kirill Moro və Dominik Zhakovidesin 1,5 milyon avro təzminat ödəməli olduqlarını bildirib.
Qeyd edək ki, “Kloser” jurnalı Uilyam və Keyt Middltonun 2012-ci ildə Fransada istirahət edən zaman çəkilən fotolarını yayıb. Bu isə kral ailəsinin qəzəbinə səbəb olub.
Rəqsanə