10 May 2017 14:21
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaşda ev yıxan qadın kimi oldum. O gecə kimsə kimsəyə xəyanət etmədi. Deyilənlərin əksinə, 5 deyil, 15 nəfər idik. Ev yıxan olsam, yaxınlarımın ailəsindən başlayardım. İbrahim Büyükaka ailə qurmağa hazırlaşır, Oğuzhan Qoç da iki ildir nişanlıdır. Bir də getdiyimiz villa kirayədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur aktyor Əsər Yenərlər sosial şəbəkədə müğənni Murad Bozun Əsli Ənvərlə ayrılmasına səbəb olmasına münasibət bildirərkən yazıb.

Qeyd edək ki, ötən həftəsonu Türkiyə mediası Murad Bozun Əsər Yenərlərin villasında “İştə mənim stilim” yarışmasının məşhur bacıları Nihal və Bahar Candanla görüşdüyünü iddia edib. Bildirilir ki, aktrisa Əsli Ənvər birgə yaşadıqları evdən Murad Bozu qovub.

Pərvin


Müəllif:

Oxşar xəbərlər