Teleqraf.com yeniçağ.az-a istinadla xəbər verir ki, xalq artisti Fəraməz Gərmrudi adlı musiqiçi və iş adamı ilə ailə qurmağa hazırlaşır.
1955-ci ildə İranda anadan olmuş Fəraməz Gərmrudi 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların rəsmən hələ də ailəli olduğu deyilir.
İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteri olan Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır, əksər musiqiçilərlə dostluq münasibətləri var.
Bu il martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində Aygün Bayramova mahnı ifa edib.
Fəraməz Gərmrudi vaxtaşırı Azərbaycan televiziyalarında konsert proqrmaları ilə çıxış edir.
Toy mərasiminin mayın 23-də paytaxtdakı məşhur restoranlardan birində baş tutacağı bildirilir.
1967-ci ildə anadan olmuş Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb. Muğam Teatrının və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.