Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
V.Kliçko bildirib ki, mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, "Avroviziya-2017" mahnı müsabiqəsini təxminən 230 milyon insan izləyib. Bu isə Kiyev şəhərinin tanıdılmasında, onun inkişafında müstəsna rol oynayacaq.
Kiyev meri vurğulayıb ki, mahnı müsabiqəsində iştirak etmək üçün 60 min qonaq şəhərə təşrif buyurub.