Teleqraf.com xəbər verir ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısıyla Diana Hacıyeva təmsil edir. Diana Hacıyeva səhnəyə beş rəqqasla 12-cı sırada çıxıb.
62-ci “Avroviziya 2017” mahnı müsabiqəsində İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, “Avroviziya-2017” mahnı müsabiqəsinin finalında 26 ölkənin təmsilçiləri iştirak edir.