3 İyun 2017 11:32
3 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın Şou”nun dünənki buraxılışında müğənni Səidə Sultanla aktrisa Pərvin Abıyevanın növbəti qarşıdurması baş verib.

Teleqraf.com xəbər verir ki, yoldaşlarının köməyilə tribunaya çıxan Səidə 2 hədəfinin olduğunu açıqlayıb:

“Mən Pərvini çıxaracağam. Lakin ağlımda Pərvindən başqa daha bir şəxs var”.

Aparıcı Murad Dadaşovun ikinci şəxsin adını soruşmasına baxmayaraq, həmin insanın adı naməlum qalıb.

Səidə Sultan digər bir iştirakçı - rejissor Kənan Mahmudovla da bağlı qəti fikir bildirib:

“Mən başçı olmağı, idarə etməyi həmişə sevmişəm! Bunu qəbul etməyənlərin gücü çatırsa, çıxsın, məni çıxartsın!”

Sonda tamaşaçıların göndərdiyi səs çoxluğu ilə şouda qalan Səidə Sultan “Pərvin getsin! Evdən qardaşına baxıb səs göndərsin!” - deyərək, kinayəli şəkildə Pərvini şoudan uzaqlaşdırıb və eyni zamanda Kənanın əsəbiləşərək özündən çıxmasına səbəb olub.

“Çox sevinirəm ki, gedirəm və artıq bu xanımın sifətini görməyəcəyəm!”- deyən Pərvin Abıyeva isə iştirakçılarla vidalaşıb.


Müəllif: Könül Əlibəyli