4 İyun 2017 10:17
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən tanınmış vayner Hüseyn Əzizoğlunun youtube kanalında yayımlanan və maşın şounu yamsılayan kiçik bir videosujet 1 gün ərzində 40 minə yaxın baxış sayı yığıb.

Teleqraf.com xəbər verir ki, son günlərin ən çox danışılan şousunun təqlid edilməsi maşının real iştirakçılarının da marağına səbəb olub. İnsanları güldürməyi bacaran vayner elə həmin axşam şounun canlı qonağı olub. Hüseyn İslam Mehrəliyevi dəstəklədiyini bildirib.

Qeyd edək ki, videoda Qasım Sözverdiyev adlı bir iştirakçı maşını udub yetimlər evinə verəcəyini vəd edir. Digər iştirakçı Tolik buna inanmayaraq, kəskin etiraz edir və haqlı çıxır. Şounun sonunda qalib gələn Qasım Sözverdiyev insanları aldadaraq, maşını özü istifadə edir.


Müəllif: Könül Əlibəyli