4 İyun 2017 11:09
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamının maraqla izlədiyi Maşın Şounun aparıcısı Murad Dadaşov 2 iyun tarixində Cavad Rəcəbovun səs faizlərində buraxılan səhvin texniki bir səhv olduğunu açıqlayıb.

Tanınmış şoumenin Teleqraf.com-a verdiyi eksklüziv müsahibədə o, səs faizlərinin hər saniyə dəyişdiyini və texniki işçilərin hesablamaları tələsik apardığını bildirib: "Burada bircə rəqəm səhvi olub. Bu, texniki bir səhvdir və hər şey nəzarətimiz altındadır, narahat olmayın. Səs faizinin hesablanmasında saxtakarlıqdan söhbət gedə bilməz!"

Qeyd edək ki, maşın şounun 2 iyun tarixli buraxılışında Cavad Rəcəbovun səs faizləri qalsın-35,71 % , getsin - 65,29% kimi göstərilmişdi. Efir vaxtı bu səhvi tutan olmasa da, sonra sosial şəbəkələrdə bu faizlərin cəminin 100 yox, 101 olduğu ortaya çıxmış və nəticədə bir çoxları şounu saxtakarlıqda günahlandırmışdı.


Müəllif: Könül