4 İyun 2017 17:41
1 602

Maşın üçün dost yox, dost üçün maşın itirməyə dəyər. Mən dostumu itirməmək üçün əlimi çəkdim.

Bu sözləri Teleqraf.com-a eksklüziv müsahibəsində dünən "Maşın" şounu tərk edən rejissor Kənan Mahmudov deyib.

Kənan M.M tamaşaçılara görə narahat olduğunu da açıqlayıb: "Mən başqa dünyanın adamıyam. Sadəcə, tamaşaçıların sms-lərinə heyfim gəldi. Qarşılarında üzü qarayam. İnşallah o boşa gedən sms-ləri mənə halal edərlər..."

Kənan həmçinin, sosial şəbəkələrdə digər iştirakçılarla bağlı mətnaltı fikirlərini qeyd etdiyini də xatırladıb:

"Adımı çəkə bilənə maşın verirlər. Heç kim cəsarət edib adımı ağzına almayıb hələ!"

Xatırladaq ki, Kənan dünən Aqillə mübahisə yaranan kimi qəflətən əlini maşından çəkərək, onun yanına gəlmiş və yalnız onunla görüşüb canlı yayımı tərk etmişdi.


Müəllif: Könül Əlibəyli
Загрузка...