4 İyun 2017 23:24
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” realiti-şousu da qalamaqsız ötüşməyib.

Teleqraf.com xəbər verir ki, bu dəfə aparıcı Azər Zahidlə rəqqasə Oksana Rəsulova mübahisə ediblər.

Oksana Azər Zahidin onun üstünə qışqırdığını deyib: “Mənim üstümə heç atam da qışqırmır. O, kimdir ki, üstümə qışqırsın. Elə bu səbəbdən də onu çıxaracam”.

Azər isə cavabında belə deyib:

“Biz ağacın kökünü kəsdik. Budaqlar qalıb, onlar da düşür torpağa, yenidən kök salır. Söhbət Oksana və Aqildən gedir. İndi onlar birləşib, digərlərini də yanlarına çəkirlər. Heç kim oynamaq istəmir. Hamı qorxur”.


Müəllif: Teleqraf.com