8 İyun 2017 00:11
3 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin efirində yayımlanan "Maşın" şouda qalmaqal davam edir.

Teleqraf.com xəbər verir ki, şounun budəfəki buraxılışında iştirakçıların əksəriyyəti Təranə Qumralın yarışdan çıxmasını istəyiblər. Səsvermə zamanı müğənni qeyd edib ki, əgər tamaşaçılar ona "qal" desələr, Sərxan Kərəmoğlunu oyundan çıxaracaq.

Bundan sonra efirdə günorta vaxtı baş vermiş olaydan bie epizod yayımlanıb. Görüntülərdən aydın olur ki, nahar vaxtı Sərxanla Təranə mübahisə edib. Hislərini cilovlaya bilməyən Təranə əlinə keçən su şüşəsini Sərxana atıb. Bir qədər sonra Sərxan özünü pis hiss edib və işçilərdən sakitləşdirici dərman istəyib. Rejissor hönkürtü ilə ağlamağa başlayıb. İştirakçılardan yalnız Oksana onu qucaqlayaraq, təskinlik verib. İştirakçılar canlı yayımda bir-birinə qeyri-etik ifadələr işlədiblər.

S.Kərəmoğlu maşına sahib olmaq istəyən müğənni Təranə Qumral haqqında xoşagəlməz ifadələr işlədib.

O, Təranə Qumral kimi həyat yoldaşı olduğu üçün dostu Musa Musayevə yazığı gəldiyini deyib: “Təranənin həyat yoldaşı Musayla dostam, amma artıq Təranə kimi arvadı olduğuna görə ona yazığım gəlir. Azərbaycanda telekanallar bu xanıma qadağa qoyulub. İndi ATV-nin efirinə çıxıb deyə özünü itirib.”

Təranənin Sərxana cavabı daha kəskin olub: “Sərxanı bu şouda əjdahaların ağzından alıb bu günə gətirib çıxaran mən olmuşam! Ağzını açan kimi cahillikdən, savadsızlıqdan danışır. Amma özünün danışıq qabiliyyəti yoxdur, bu adam cümlə qura bilmir. Mən 5 diplomu olanı sağ cibimdə gəzdirərəm!”

Bu qarşıdurmanın sonunda Təranə Qumral səs toplamadığı üçün şounu tərk edib.


Müəllif: Könül Əlibəyli