17 İyul 2014 21:22
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideyinlərinin yolunun davam elətdirən olan xalq artisti xeyli çəki alıb belə oldu.

Bu gün “Günaydın” verlişinin mövzusu “məşhurların məşhur övladları”na həsr edilib. Mövzu ilə bağlı studiyaya təşrif buyuranlar arasında xalq artisti Rafael dadaşov da olub. Məşhur insanın övladı olmağın məsuliyyətindən danışan xalq artisti maraqlı etirafları ilə diqqət çəkib:

“Mən teatra 30 yaşında gəldim. Bu o demək deyildi ki, mən teatrdan qaçırdım və yaxu da teatrı istəmirəm. Sadəcə məndə böyük bir məsuliyyət var idi. Atam da bildiyiniz kimi necə bir aktyor idiş Onu addayb keçmək mümkün belə deyildi. Mən düşünürdüm ki, “ay Rafael, sən aktyor olsan bu yükü üstüvə götürə bilərsənmi?!” Anam bir dəfə mənə dedi ki, “oğlum, sən məni Azərbaycana tanıtdın”. Dedim “Nə danışırsan, məşhur aktrisasan, xalq artistisən”. Dedi “Yox, məni Azərbaycana sən tanıtdın. Məni tanıdılar ki, mən Rafaelin anasıyam”. Deməli bu söz təsdiq etdi ki, mən düz edib teatra gəldim. Amma mən ilk vaxtlar qorxurdum o yükü üzərimə götürəm. Əgər məşhur bir insanın övladısansa getdiyin yolu yaxşı düşünməlisən”.

/gecce.az/

Xatırladaq ki, Rafael Dadaşovun anası respublikanın, “Naxçıvan” teatrının aparıcı aktrisalarından olub. Atası isə mərhum sənətkar Məlik Dadaşovdur. Müğənni Səidə Dadaşova isə xalq artistinin doğmaca övladıdır.


Müəllif: