9 İyun 2017 21:56
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Gəlin danışaq” proqramına qonaq olan müğənni Günay İbrahimli maraqlı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, şəxsi həyatından danışmaq istəməyən müğənni, artıq bu cür mövzuların onun başını ağrıtdığını dilə gətirib:

“Bəlkə bu dəfə danışmıyaq. Artıq başım ağrıyır. O qədər saytlar xəbər yazırlar ki, artıq jurnalistləri yığmıram. Çünki bu camaata maraqsızdır. Hər kəsin şəxsi həyatı, ailəsi, sevdiyi dostu, sevgilisi, nişanlısı, həyat yoldaşı olur. Bu hər kəsin həyatında var. Məncə artıq bilirlər. Bunu mənim yenidən deməyim artıqdır”

Daha sonra aparıcının anidən “Deyirlər toy olacaq” sualına isə, Günay bu cür cavab verib:

“Yox, hələ yox. Mənə xoşdur sizin verilişə gəlmək. Hər kəsə təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com