11 İyun 2017 00:14
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə hamını mən güldürmüşəm. Bu dəfə gülmək sırası məndədir, hamının dəstəyini gözləyirəm. Finala bir addım qalmış getmək istəməzdim.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Maşın-şounun bugünkü qəhrəmanı Fərda deyib. Lakin səs faizləri gedişatda hər dəfə azlıq təşkil edib. İştirakçıların sayı azalsa da, intriqa və söz-söhbətlər azalmayıb. Belə ki, İslam və Oksana arasında növbəti insident yaşanıb. “Sənin əlindən hara gedim, bilmirəm?! Bəlkə gedib maşının yük hissəsində gizlənim?” - deyən İslama Oksana cavab vermək istəməyib.

Aparıcı Murad Dadaşov ”14 maşın” təcrübəsi olan peşəkar kimi bunu finala yaxınlaşdıqca, artan şansı itirmək qorxusu ilə əlaqələndirib.

Finala 1 addım qalmış Fərda Xudaverdiyev səs toplamadığı üçün şounu tərk etməli olub. Səs faizləri ekranda görünən kimi, İslamın dəstəkçilərinin sevinc dolu səs-küyü bütün zalı bürüyüb və iştirakçıların hər üçü göz yaşlarını saxlaya bilməyib. Beləliklə, maşın şou final mərhələsinə qədəm qoyub. Finalçılar Oksana Rəsulova, İslam Mehrəliyev və Elcan Rəsulov sabahdan gərgin mübarizə aparacaq!


Müəllif: Könül Əlibəyli