17 İyun 2017 16:25
4 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-i yayıma başlayan və iyunun 15-i final həyəcanını yaşayan “Maşın” realiti şousu tamaşaçıların diqqətində olub.

Teleqraf.com şouya aid müxtəlif insanlar tərəfindən hazırlanıb sosial şəbəkələrdə paylaşılan ən məşhur “kəps”ləri sizə təqdim edirik.

1.“Yoxlama” verilişinin aparıcısı Azər Zahiddən məlum səbəbdən xoşu gəlməyən müxtəlif şirkətlərin Azəri çıxaracağını bəyan etmiş Oksana Rəsulovaya səs göndərmələri uzun zaman müzakirə olundu.

2.Cavad Rəcəbov “qalsın-getsin” mübarizəsinə çıxdığı gün texniki səhv ucundan ümumi səs faizləri 101-i ötmüşdü.

3.Bir çox sevgililərin məhz “Maşın” şouya görə ayrılması zarafatı da feysbukda ən çox müzakirə olunan məsələlərdən idi.

4.Pərvinlə Kənanın “bacı-qardaş” söhbəti hələ də unudulmayıb.

5.Müğənnilər Təranə Qumralla Sərxan Kərəmoğlu arasındakı “Qatıqlama, səni təkərə bağlayıb sürüyərəm” dialoqu sosial şəbəkələrdə bu kəpslərlə yadda qaldı.

6.Həmçinin məşhur vayner Hüseyn Əzizoğlunun çəkdiyi videonu və “Cinemazadeh” studiyasının səsləndirdiyi “Maşın” Şouya aid səs-küylü video-dublyaj da maraqla qarşılandı.


Müəllif: Könül Əlibəyli