17 İyun 2017 14:57
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Prezident Rəcəb Tayib Ərdoğanın tanınmış sənətçi və idmançılarla iftar məclisində ən çox müzakirə olunan məsələ müğənni Hülya Avşarın geyindiyi dekoltesi olub.

Teleqraf.com xəbər verir ki, məşhur sənətçi bu məsələyə aydınlıq gətirib:

“Bəziləri Ərdoğandan daha mühafizəkardırlar. Onlara demək istəyirəm ki, bu dekoltemlə o iftar süfrəsində hamıdan rahat əyləşən biri vardısa, o da mən idim. Mən bilsəm ki, cənab Ərdoğan və ya Əminə xanım mənim geyimimi problem edər, heç o məclisə getmərəm”.

Hülya Avşar həmçinin jurnalistlərin “2 ildir iftara dəvət almadığınız doğrudurmu?” sualını da cavablandırıb:

“Bu da bəzi jurnalistlərin növbəti uydurmasıdır. Hər il iftar məclislərinə dəvət alıram. Sadəcə bir neçə dəfə vacib çəkilişlərim olduğu üçün gedə bilməmişəm!”


Müəllif: Könül Əlibəyli