18 İyul 2014 17:39
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana məşhur axını davam edir, bu dəfə Rusiyanın "A Studio" qrupunun solisti gənc ifaçı Keti Topuriya paytaxta üz tutub.

Alınan məlumatına görə, Keti ölkədə olduğu müddət ərzində gözəl məkanlarda olub.

Çox saylı şəkillər çəkdirən ifaçı onları İnstagram səhifəsində paylaşıb. K. Topuriyanın Bakıya gəlməyinin əsas səbəbi isə klipə çəkilmək olub. O, azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun "Naçistatu" adlı mahnısına çəkdirdiyi klipdə baş rolu canlandırıb.

Çəkilişlərdən olan fotoları da izləyicilərinə nümayiş edən ifaçı ürək sözlərini də bildirib:

"Çox istedadlı bir dostumun klipində çəkilmişəm. Hələlik onun adını açıqlamaq istəmirəm. Video haqqında çox danışılacaq”. Keti Bakını çox sevdiyini bildirib.

Xatırladaq ki, EMİN də ötən günlərdə İnstagram səhifəsində klipin çəkilişlərindən olan bir neçə görüntünü paylaşıb. İfaçı tərəf müqabili haqqında izləyicilərinə: "Necə düşünürsünüz, klipdə əsas obrazı kim canlandırıb?” sualını verib.

E.Ağalarov bildirib ki, sözügedən klipin təqdimatı Yurmalada keçiriləcək “Yeni dalğa 2014” müsabiqəsində olacaq.

/ans press/



















Müəllif: