24 İyun 2017 13:51
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan Ramazan bayramı gəlir.

Teleqraf.com məşhurların bayramı necə keçirəcəyi ilə maraqlanıb.

Tanınmış aktyor Fərda Xudaverdiyev bu bayramda da iş başında olacağını bildirib: “Biz yeni “Qız qaçırtma” adlı komediya filminin çəkilişlərinə başlamışıq. Yəqin ki, çəkilişləri yarımçıq qoyub özümüzə bayram istirahəti verə bilməyəcəyik. Ramazan bayramını dostlarımızla və filmin heyəti ilə birgə birbaşa çəkiliş meydançasında keçirəcəyik”.

Populyar müğənni, Qırğızıstanın əməkdar artisti Aslan Hüseynov dostlarına iftar süfrəsi açacağını bildirib:

“Dünən Türkiyədən gəlmişəm. Bayram günləri Bakıda olacam. Bayramdan əvvəl oruc tutan dostlarım üçün iftar süfrəsi açacam. Bayramı da onlarla qeyd edəcəyəm”.

Gürcü qızı Manana da Ramazan bayramından söz açıb: “Ramazan bayramı mənim üçün çox maraqlıdır. Bakıda deyiləm. Bayramı Azərbaycanda qeyd etməyi düşünürəm”.

Müğənni Rəşad İlyasov da bayramı layiqincə qeyd edəcəyini bildirib: “Bu Ramazan bayramının bizə aşıladığı ən vacib məsələ rəhmətə getmiş yaxınlarımızı, ağsaqqallarımızı unutmamaq, onların məzarını ziyarət edib ruhunu şad etməkdir. Bu ritualları yerinə yetirib doğmalarımla bayram süfrəsində əyləşəcəyəm”.

Müğənni Vasif Məhərrəmli isə artıq rayonda olduğunu açıqlayıb:

“Çoxdan görmədiyim doğmalarımın yanındayam. Bayramda övladlarımla, ailəmlə birgə Qəbələdə istirahət etməyi planlaşdırıram”.


Müəllif: Könül Əlibəyli