19 İyul 2014 11:59
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur pop ifaçı Cenifer Lopez və oğlu Maksimilian Davidin sosial şəbəkədə yeni şəkili yayılıb.

Ulduzun keçmiş həyat yoldaşı Mark Entonidən olan 6 yaşlı oğlu son zamanların dəbinə çevrilən "selfie" üslubunda şəkil çəkməyi öyrənib. Devid milyonların sevimlisi olan anası ilə şəkil çəkdirib, daha sonra isə İnstagramda paylaşıb.

Kadrda Maksimilianın üz nahiyyəsinin yarısı düşüb, 44 yaşlı JLO isə sanki cavan qız kimi görünür. Pop ulduzun ötən günlərdə ayrıldığı gənc sevgilisi, rəqqas olan Kasper Smart ilə ayrılması belə üzünə kədər izi salmayıb.

Dünya ulduzu rəqqas ilə 2,5 il birlikdə yaşayıb.

Qeyd edək ki, Cenifer oğlunun atası Mark Entoni ilə 7 il ailə həyatı sürdükdən sonra 2011-ci ildə ayrılmasına baxmayaraq ötən ay rəsmi olaraq boşanıb. Bu barədə ifaçının meneceri məlumat verib: "Entoni və JLO iyun ayının 19-u sənəd üzərində boşandılar. Məhkəmə Los-Ancelesdə baş tutub"./ans press/


Müəllif: