1 İyul 2017 22:39
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biyanka ləqəbi ilə tanınan müğənni Tatyana Lipnitskaya Odessada konsert vermək məqsədilə Ukraynaya getmək istəyərkən, rədd cavabı alıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə o, öz İnstaqram hesabında yazıb.

Tanınmış ifaçı qeyd edib ki, heç bir siyasi təşkilatın üzvü deyil və siyasi problemlərlə işi yoxdur. Ukrayna hökumətinin onun ölkəyə girişinə qadağa qoymasını isə müğənni Krımdakı çıxışı ilə əlaqələndirib.

Kiyevdə yaşadığı 6 il ərzində bütün Ukraynanı gəzdiyini, hətta ukrayna dilini ana dili kimi əzbər bildiyini açıqlayan Biyanka yazıb: “Ukrayna mənim vətənimdir. Ukrayna mənimçün nə Belarusdan, nə dəi Rusiyadan əskikdir”.

Qeyd edək ki, Ukrayna dövləti hələ ki, bu barədə heç bir rəsmi açıqlama verməyib.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər