Teleqraf.com-un xəbərinə görə, uzun zamandır ki, Depardye Moskva banklarından birinin onun hesabından 5,5 milyon rubl pul çəkdiyini iddia edirdi. Bu gün baş tutan məhkəmə aktyorun xeyrinə qərar verərək, onun balansından çıxarılan pulun geri qaytarılmasını tələb edib. Moskvanın Arbitraj məhkəməsi belə qərara gəlib ki, Elena Lazareva adlı bank işçisi aktyorun balansındakı 5,5 mln. rubl pulu qanunsuz şəkildə çəkib.
Qeyd edək ki, 6 aydır ki, davam edən bu məhkəmə işinin sonunda aktyorun pulu geri qaytarılıb.