5 İyul 2017 19:19
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-ci ildən YUNİSEF-in elçisi olan türk aktriası Tuba Böyüküstünün heyranları ona ad günü sürprizi hazırlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iyulun 5-də 35 yaşını qeyd edən Tuba Böyüküstünün fanatları kimsəsiz uşaqlar üçün ianə kampaniyasına başlayıb.

Kampaniya nəticəsində 227 asma və 400 iflic xəstəsi uşağa dərman preparatları ilə yardım ediblər.

Tuba bu xəbəri öz instaqram ünvanından paylaşaraq, fanatlarına təşəkkür edib: “Nə deyəcəyimi bilmirəm, ağzımdan çıxan hər kəlmə, hər cümlə yetərsiz olar. Bütün bunlar mənim üçün nə deməkdir bilirsinizmi? Möhtəşəmsiz, o qədər möhtəşəmsiz ki, mənə özümü möhtəşəm hiss etdirdiz”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər