21 İyul 2014 12:02
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2011”mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun solo konserti baş tutub

Alınan məlumata görə, ifaçının “Eldar summer live show” adlı konserti Bakıdakı otellərdən birində keçirilib. Konserti zamanı 4 libas dəyişən Eldar “Eurovision” təmsilçimiz Dilarə Kazımova ilə duet oxuyub.

Daha sonra gələn qonaqları salamlayan Qasımov Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını yeni aranjmanda fərqli tərzdə sevənləri üçün oxuyub.

Çox fərqli və dolu-dolu keçən konsertdə Eldarı dj. Çina, Ukrayinadan gəlmiş dj. Iqor Şavrov müşayiət edib.
E.Qasımov solo konsertində köhnə və hələ heç yerdə oxumadığı yeni mahnılarını səsləndirib.
“KKM production”ın təşkilatçılığı ilə keçən konsertdə E.Qasımovu ifa edərkən rəqs qrupuda müşayiət edib.

Xatırladırıq ki, müğənninin bundan öncəki “The One” adlı solo-club konserti bu ilin mart ayının 9-da baş tutmuşdu.

/milli.az/


Müəllif: