Teleqraf.com xəbər verir ki, müğənni toyun baş tutacağı məkandan- “Neolit” şadlıq evindən fotosunu paylaşıb.
Ardınca isə yenə onu öpən balaca Abbasın videosunu paylaşaraq yazıb:
“Toyqabağı Abbas məni problemə salmasa yaxşıdır”.
Xatırladaq ki, N.Həbibi toyda çəkilişə icazə verməyəcəyini, hətta qonaqlara telefon belə gətirməmələrini tapşırıb. Müğənni gecədə qonaqlar üçün “dress-kod” da qoyub. Belə ki, xanımlar məclisə yaşıl, ağ və qırmızı paltar, kişilər isə ağ və qara kostyum geyinməlidir.
Qeyd edək ki, cütlüyün oğlan toyu iyulun 19-na planlaşdırılıb.