Teleqraf.com-un məlumatına görə, buna konsertə biletlərin kifayət qədər satılmaması səbəb olub. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.
Şəbnəm Tovuzlu isə konsertin təxirə düşmə səbəbini dünən keçirdiyi qəza ilə bağlamağa çalışıb.
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.
Müğənninin prodüseri Gəncədə və Bakıda konsert verməyə hazırlaşdıqlarını bildirib.