18 İyul 2017 15:24
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Oksana Rəsulovanın təsis etdiyi “Oksimed” prodakşn yeni “Mələyin öpüşü” filminin premyerasına hazırlaşır.

Bu barədə Teleqraf.com-a rəqqasə özü bildirib.

“Avqustun 7-də rəsmi posterimiz, 10-da isə filmin əsas treyleri yayımlanacaq. Qala gecəmizi isə sentyabr ayında keçirməyi planlaşdırırıq. Melodram janrında olan filmdə baş rollarda mənlə paralel dəyərli aktyorlarımız Fuad Poladov, Şamil Süleymanlı və reper Elşad Xose də çəkilib”, - Oksana əlavə edib.

Qeyd edək ki, filmin rejissoru Əsgər Əli Hacızadə, operatoru Elman Əliyev, ssenari müəllifi Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə və Süleyman Süleymanzadədir.


Müəllif: Könül

Oxşar xəbərlər