Teleqraf.com xəbər verir ki, aktrisa Pərvin Abıyeva qolundakı yanıq iziylə bağlı bunları deyib:
"Üstümə çay dağıtmışdım. Üzüm, sinəm, qolum yanmışdı. Qoluma sarğı bağladıqları üçün yanığın ləkəsi qalıb. Nəysə ki, üzümə və sinəmə sarğı etməyiblər deyə iz qalmayıb. Çaya və istiyə olan sevgi məndə uşaqlıqdan var. Körpəliyimdən bu yana od məni çəkir. Hətta gözüm görə-görə tonqalın içinə gedib girirdim. Yəni məndə belə yanıq ləkələri kiçik olsa da, çoxdur".