21 İyul 2014 17:28
3 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Missuri ştatında Pitt ailəsindən daha ədəbli, tərbiyəli, darıxdırıcı və dini ailə tapmaq çətin idi. Onun atası Bill Pitt yük maşınları kompaniyasında menecer, anası Ceyn isə orta məktəblərdən birində gənc valideynlər üçün pedaqogikanın əsaslarını keçirdi. Ailədə üç uşaq arasında Bred ən böyükləri idi və ondan əlavə olaraq qardaşı Daq, bacısı Culi də vardır. Atasının işi ilə əlaqədar ailə Missuri ştatında yaşayırdı.

Orta məktəbdə təhsil alarkən Bred idmanla məşğul olurdu. O, məktəbin qolf komandasında iştirak edirdi, həmçinin üzgüçülük və tennis komandalarının da üzvü idi. Bütün bunlarla yanaşı musiqi ilə maraqlanırdı. Məktəbi bitirdikdən sonra o, Missuri universitetinin jurnalistika və reklam fakültəsinə daxil olur. Bir müddət burada təhsil alır. Lakin tezliklə Bred peşə seçimində yanıldığını anlayır və universiteti ataraq Missurini tərk edir.

O, cibində 325 dollarla Los-Ancelosa gəlir. Burada aktyorluq kursuna daxil olur. Paralel olaraq iş tapır. Əvvəllər restoranda müxtəlif işlərdə çalışır. İkinci dərəcəli film və seriallarda rol alır. “Telma və Luiza” filmində çəkildikdən sonra isə onun ulduzu parlayır. Baxmayaraq ki, o, bu filmin cəmi 14 dəqiqəsində görünmüşdü ki, yeni seks-simvol hamının diqqətini cəlb edir.

Брэд Питт:

Bred çoxsaylı filmlərdə oynasa da, Hollivudun kino tənqidçiləri onun dramatik rolların öhdəsindən gələcəyinə inanmırdılar. Lakin o bunun əksini sübut edə bildi. “12 memun”, “Vampirlə müsahibə”, “Ouşenin 11 dostu, “Savaş klubu”, “Troya”, “Benjamin Battonin sirli hekayəsi”, “Hər şeyi dəyişən insan” filmləri Bredin kino karyerasının irəliləməsinə səbəb oldu.

Aktyor 4 dəfə “Oskar”a layiq görülüb, çoxsaylı mükafatlarla, o cümlədən “Qızıl qlobus”, “Saturn”la təltif edilib. Burada qeyd etmək lazımdır ki, Bred öz həyatının ən gözəl mükafatını da çəkiliş meydançasında tapıb. “Mister və missis Smit” filmində o, hazırda birgə yaşadığı və 6 uşaq böyütdükləri Ancelina Coli ilə tanış olub.

2002 – ci ildə Corc Kluninin "Təhlükəli şəxsin etirafı" filmində Bred ilk dəfə olaraq rejissorluq debütü edir. Ketrin Zeta Consla birlikdə "Sinbad: Yeddi dənizin əfsanəsi" cizgi filminin səsləndirməsini də maraqla qarşılanmışdı.

Брэд Питт:

2004 – cü ildə Bred Pittin iki filmi eyni vaxtda ekranlarda yayımlanmağa başlayır. Xüsusən baş rolda yer aldığı 2004 –cü ildə çəkilən epos "Troya"(Troy) mühüm rol oynayırdı. Burada aktyor Axilla obrazını canlandırırdı.

Hazırkı dövrdə aktyorun məşhurluğu, nüfuzu çox böyükdür, hətta onun afişadakı bir şəkili belə rol aldığı filmlərə uğur gətirə bilər. Əlbəttə ki, bu, ona ödənilən qonorarın məbləğinə də təsir edir. Məsələn, "Telma və Luiza" filmindəki roluna görə aktyor 6 min dollar, "Yeddi" filminə görə 4 milyon dollar alan aktyor, "Döyüşçü klubu" və "Tanış olun Cou Blek" filmlərinə görə isə 17,5 milyon dollar məbləğində qonorar qazanıb.

Aktyor bütün mətbuatın diqqətini yalnız ifa etdiyi rolları ilə deyil, eyni zamanda, çoxsaylı romanları ilə özünə cəlb etmişdi. Onun siyahısı müxtəlif Hollivud ulduzlarının adları ilə zəngindir.

Bredin dörd qadını

Bred bəxtli olsa da, onun toruna asan balıq düşməyib. Onun həyatında dörd tanınmış qadın olub. Culiet Lyuis, Qvinet Peltrou, Cenifer Eniston və Ancelina Coli.

Culietlə Bredin tanışlığı “Ölmək üçün çox cavanam” filminin çəkiliş meydançasında baş tutub. Lakin ehtiraslı roman çətinliklərə tab gətirmədi. Çünki Culiet Lyuis dəhşətli dərəcədə qısqanc idi və Bredə yönələn qadın diqqətini sakit qəbul edə bilmirdi. Onun emosionallığı bu münasibəti məhvə sürüklədi. Hətta o, Bredin Qvinet Peltrou ilə eşq macərasından xəbər tutanda yüksək dozada narkotik maddə qəbul etmişdi. Lakin xoşbəxtlikdən həkimlər onu xilas edə bildilər.

Qvinetlə Bredin münasibəti “Yeddi” filminin çəkilişlərində baş tutub. Bred ağlını itirəcək həddə Qvinetə aşiq olmuşdu. Lakin onların arasında dərin bir uçurum var idi. Məsələ ondadır ki, aktyor nəzakətli davranışa, maneralara sahib deyildi. Qvinet onu saysız-hesabsız incəsənət qalereyasına, konsertlərə, sərgilərə aparırdı, müxtəlif kitabları oxumağı tövsiyə edirdi. Bir sözlə, Qvinet kənd kişisinin əhliləşdirilməsi ilə məşğul idi. Üç il sonra aktyor dözmədi və cütlük ayrıldıqları barədə açıqlama verdilər.

Aktyorun həyatında üçüncü qadın peyda oldu. Cenifer Enistonla Bred Pitt evləndilər. Lakin bu, onların fanataları arasında ciddi fikir ayrılığı yaratdı. Hamı Bredin dördbucaq sifətli Enistonda nə tapması ilə maraqlanırdı və onu qınayırdı. Bunun sirri çox sadə idi:

”Ceni məni olduğum kimi qəbul edir və məni dəyişdirməyə çalışmır. Bəli, mənim bəzi xoşa gəlməyən xüsusiyyətlərim ola bilər. Məsələn, mən gecə paltarında evdə gəzməyi xoşlayıram. Hətta yuxudan oyandıqdan sonra bu geyimdə saatlarla televizora baxa, evdə dolana bilərəm. Mənim haqqımda xoşagəlməz yazılar dərc olunur. Ceni isə məni olduğum kimi qəbul edir, qınamır”, - deyə Pitt müsahibələrinin birində söyləmişdi.

Bred onu ağıllı, bağışlayan qadın hesab etdiyini dilə gətirmişdi. O Ceniferlə övladının olmasını arzulayırdı. Öz xoşbəxtliyini onsuz təsəvvür etmirdi. Amma fakt odur ki, 5 illik nikah boşanma ilə sonuclandı.

Bu evliliyin başa çatmasında isə digər bir Hollivud gözəli Ancelina Colinin adı hallandırılırdı. Və reallıq da odur ki, bu, həqiqətən də belə idi. Onlar “Mister və missis Smit” filminin çəkilişlərində tanış olmuşdular.

“Mən Bredə qəlb ağrısının öhdəsindən gəlməyə kömək etdim və ona dünyada hər şeydən çox istədiyi uşaqları hədiyyə etdim”, - deyə Ancelina müsahibələrinin birində söyləmişdi.

Pitt ailəsində uşaqların sayı çoxdur. Cütlüyün birgə üç övladı ilə yanaşı övladlığa götürdükləri uşaqlar da var. Ancaq Amerika mətbuatı iddia edir ki, övladlığa uşaq götürmək fikri Ancelinaya məxsusdur. O Bredi fakt qarşısında qoyub. Buna baxmayaraq, aktyor heç vaxt olmadığı kimi xoşbəxt olduğunu dilə gətirir.

pic.439926.5.451x500.jpg

Bred Pitt: “Ancelina ilə birgə yaşayış mənə çox şeyi öyrədib. Onunla görüş mənim mükafatımdır. Bəlkə bu ifadə şablon səslənir, lakin həqiqətdir. Uşaqların da bizim münasibətimizdə rolu böyükdür”.

Брэд Питт:

Lakin çox gözəl münasibətləri olan cütlük nədənsə, hələ də münasibətlərini rəsmiləşdirməyiblər. Mətbuat vaxtaşırı onların toy tarixi, ton məkanı haqqında xəbərlər dərc etsə də, cütlük rəsmi şəkildə evlənməyə tələsmir.

Bred Pittin gözü axtarır

Dünyanın ən gözəl qadını ilə birlikdə olmasına və ondan 3 övlad sahibi olmasına baxmayaraq, Bred Pittin gözü doymur. Belə ki, o, ara-sıra Ancelinaya xəyanət edir. Coli sevgilisini əkiz körpələrinin baxıcısına masaj edərkən tutmuşdu. Deyilənlərə görə, bu hadisədən şok düşən Coli Bredə sillə vurub.

Hollivudun əfsanəvi cütlüyünün münasibəti isə başqa bir səbəbdən də gərginləşmişdi. Cütlüyün əlaqələrinin üzərində gəzən qara buludların səbəbi Pittin Colini telefonda başqa bir kişi ilə- həmkarı Kolin Farrellə işvəli danışarkən tutması olub.

Çölə çıxdıqdan sonra pulqabısını evdə unutduğunu xatırlayan Pitt, evə geri dönəndə Coli ilə Farrellin telefon danışmalarına qulaq asıb. Colinin Farrellə seks məzmunlu cümlələr qurduğunu eşidən Pitt qısqanclıqdan və əsəbdən dəliyə dönüb.

Məşhur cütlüyün yaxınlarının verdiyi açıqlamaya görə, yaraşıqlı oyunçu Colinin cib telefonunda Farrellə göndərilmiş seksual fotoşəkillər də tutulub. Hollivud dəhlizlərində bomba təsiri yaradan bu hadisə, amerikalı maqazin jurnalisti Perez Hiltonun "Ancelina əslində Kolinə aşiq idi. Kolin kimsəyə bağlamaq istənməyincə Bredə yönəldi" tipli izahlara inananların sayını artırıb. Colinin üzrlərinə laqeyd qalan Pitt aralarındakı gərginliyi uşaqlarına təsir etməməsi üçün çalışır.

Hazırda isə bu hadisə çoxdan unudulub. Daima çəkilişlərdə olan cütlük uşaqlarının həyatında daha yaxından iştirak etməyə çalışırlar.

"Boğaza qədər zibildəyəm!"

“Savaş klubu” filmini çəkən kinokampaniyanın rəhbəri Layra Ziskin Pitt haqqında maraqlı fikirlər səsləndirib:

«Bred gözəl qadınlar üçün bir lənətdir. Bred yaraşıqlıdır, hətta qadına əzab verə biləcək səviyyədə yaraşıqlıdır. Düzdür, o insanları başqa bir şeylə cəlb etmək istəyir. Məsələn, özünü eybəcərləşdiri. Lakin buna nail ola bilmir. Bizim film üçün onun qabaq dişini “çəkdilər” lakin o, dişsiz belə Tanrı kimi gözəl idi”.

Onu qeyd edək ki, “People” jurnalı onu “yaşayan ən yaraşıqlı kişi” titulu ilə təltif edib.

Lakin yazimizin qəhrəmanı çox təvazökardır. O, deyir: "Tibet rahibləri deyirlər ki, Allah insanı üç şeydən qorusun: Gözəllik, şöhrət və var-dövlətdən. Deyəsən, mən boğaza qədər zibildəyəm!”

/tabloid/


Müəllif: