21 İyul 2014 20:03
4 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model qızlar seksual olmaqla yanaşı həm də zəngindirlər.

"Forbes" bu qızların gəlirlərini hesablayıb və reytinq tərtib edib.

Teleqraf.com tabloid.az-a istinadən ən çox qazanan modellərin siyahısını təqdim edir.

Jizel Bundhen, 45 milyon dollar

Jizel təkcə “Forbes” jurnalının versiyasına görə, 7 il ərzində ən yüksək qonorar alan mod Jizel «Forbes» jurnalının hesablamasına görə, ilə ən çox tələb edilən və bahalı modellərin siyahısında ön sıralarda gedir. 7 il ard-arda ön sıralarda qərarlaşan model sonda bütün dünyanı maraqlandırmağa başlayıb. Bununla əlaqəli olaraq fikirlərini bildirən Bundhen:

«Mən yetərincə pul qazanıram, amma onların dedikləri qədər pulum yoxdur”.

Qeyd edək ki, Braziliya əsilli model 13 yaşı olarkən kəşf olunmuşdur. Əslində model olmamışdan öncə professional voleybolçu olmaq istəyirdi. Karyerası boyunca Jizel “Balenciaga”, “Celine”, “Givenchy”, “Bvlgari”, “Louis Vuitton” və “Victoria’s Secret” və s. kimi dünya şöhrətli markalar üçün işləyib.

Hazırda o, alt paltarları kolleksiyasını buraxıb. Və əlbəttə ki, kolleksiyasını özü reklam edir.

Keyt Moss, 9,2 milyon dollar

kate-moss-playboy-800x439

"Times" jurnalına görə, top-model Keyt Moss Böyük Britaniyanın ən varlı modelidir. İtaliyanın "Vogue" nəşrində yer alan məlumatda modelin ümumi sərvətinin 88 milyon dollar olduğu açıqlanıb. Bu il 40 yaşını qeyd edən Keyt uzun illərdir ki, aparıcı dəb dərgilərinin üz qabığını bəzəyib. Təkcə 2014-cü ilin ilk aylarında o, Topshop geyim brendi üçün kolleksiya yaradıb, “Vogue” jurnalında çəkilib və “Burberry” brendinin siması olub.

Mossun hazırda 40 yaşı olsa da, dünyanın ən tələb olunan modellərindən biri kimi fəaliyyətini davam etdirir. Boyu 1 72 sm, bədən ölçüləri 86, 58, 89 sm-dir. Keyt 14 yaşında olarkən Nyu-Yorkun model agentliyinin rəhbərlərindən biri onu aeroportda görür və model kimi fəaliyyət göstərməyi təklif edir. 2 ildən sonra Keyt “Face” jurnalının üz qabığında görünməyə başlayır. 1992-ci ildə bütün qəzetlər onun haqqında danışmağa başlayır və filmlərdə çəkilmək təklifi alır.

Natalya Vodoyanova, 8,6 milyon dollar

Name:  Natalia Vodianova images 1280 x 800.jpgViews: 23114Size:  660.0 KB

Natalya Vodoyanova Rusiyanın Qorki şəhərində doğulub. Onun həyatı “Zoluşka” nağılını xatırladır. Kasıb bir ailədə dünyaya gələn Natalya çörək pulu qazanmaq üçün anası ilə birlikdə bazarda meyvə-tərəvəz satıb. İlin bütün fəsillərində çalışan bu qızın hazırda illik gəliri 4.5 milyondur.

Rus gözəli model müsabiqəsinə ayaq basan gündən ayağı yüngül olub. Fransız şirkətlərindən birinin diqqətini çəkdiyindən, Paris podiumlarına yolu açılıb. Natalya "L`Oreal", "Marc Jacobs", "Louis Vuitton" kimi məşhur şirkətlərin simasına çevrilib. Hazırda isə "Etam" alt paltarları şirkətinin simasıdır.

Meyvə-tərəvəz satarkən nə vaxtsa şahzadəyə rast gəlməyi xəyal edən Natalya bu arzusuna da çatıb. 2000-ci ildə Londonda təşkil olunan növbəti gecə məclislərindən birində Britaniya zadəganlarından biri Castin Portmanla tanış olur. İlk görüş mübahisə ilə bitsə də, sonradan hər şey yoluna düşür. Necə deyərlər, nifrətdən sevgiyə bircə addımlıq yoldur. Bir il ötür, bu cütlüyün Lukas adlı ilk övladları dünyaya gəlir.

2002-ci ildə onlar toy etmək qərarına gəlirlər. Onların 3 övladı var. Lakin sonradan cütlük boşanırlar. Hazırda model bir milyaderlə birlikdədir, və o, 2 aydır ki, dördüncü dəfə ana alıb. Neçə illərdir ki, modelin adı ən çox qonarar alan modellərin siyahısına da düşür.

Adriana Lima, 7,3 milyon dollar

Adriana Lima Hot Wallpapers (+2)

Braziliyanın ən ehtiraslı gözəli hazırda əri Marko Yariçlə münasibətlərində gərgin günlər yaşayır. O, 1999-cu ildən “Victoria's Secret” brendi əməkdaşlıq edir. Məlumdur ki, bu brend ancaq və ancaq yaxşıların yaxşısı ilə əməkdaşlıq edir. Adriana “Louis Vuitton”, “Armani”, “Versace”, “Maybelline” kimi markalarla əməkdaşlıq edib, həm qadın, həm də kişi jurnallarının üz qabığını bəzəyib.

Onun 33 yaşı olsa da, bu onun supermodel karyerasına təsir etmir. Əksinə, hər il dünya mətbuatı onu ən reytinqli gözəl və seksual qadınların siyahısına daxil edir, tanınmış brendlər isə onunla müqavilə bağlamaq üçün növbə gözləyirlər.

Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı. Üç il sonra Adriana Nyu-York şəhərinə köçərək “Elite” Model Evi ilə müqavilə imzaladı

2006-cı ildə ən yüksək qonorarlı modellər arasında 5-ci ən çox pul ödənilən model oldu. 2007-2008-ci illərdə “Forbes” jurnalının reytinqləməsi nəticəsində o artıq 4-cü pillədəydi.

Amma təbii ki, hər şeydən çox Adriana Lima Victoria`s Secret firmasının "Mələklər"indən biri olaraq tanınır. O, ilk dəfə 1999-cu ildə Victoria`s Secret firmasının moda nümayişində iştirak etmiş və 2000-ci ildə "Mələk" olaraq onlarla müqavilə imzalamış və hal-hazırkı günə kimi brendin əsas simalarından biri olaraq çalışır. Hətta 2003, 2007 və 2008-ci illərdə Victoria`s Secret nümayişinin həm açılışı həm də qapanması Adriana Lima ilə olmuşdur.

Dautzen Kros, 6,9 milyon dollar

Doutzen Kroes Victorias Secret Lingerie June 2012-003

O, 1985-ci ildə Hollandiyada kiçik şəhərcikdə anadan olub. “L'Oreal”in ilham pərisi sayılan modelin boyu 178 sm, çəkisi 56 kq, bədən ölçüləri isə 89-62-93-dür. Dautzen modellik karyerasına 18 yaşında başlayıb. Onun fotoları dünyanın ən məşhur dərgilərinin üz qabığını bəzəyir. Dautzen “Vogue”, “Time, Harper’s Bazaar”, “Marie Claire”, “Elle”, “Glamour”, W and Numéro” və başqa bu kimi məşhur jurnallarının fotosessiyalarında iştirak edib.

2010-cu ildə “Forbes” jurnalı tərəfindən hazırlanan araşdırmada dünyanın 15 ən varlı modelləri arasına daxil olur. Model 2010-cu ildə 14-cü pillədən 5-ci pilləyə qalxır.

2004-cü ildən “Victoria Secret”lə işləməyə başlayan model markanın kataloq çəkilişlərində və dəfilələrində çıxış edir. Məhz bu brendlə əməkdaşlıq sayəsində o, ən çox qazanan modellərin siyahısında yer tutur.

Hazırda ikinci dəfə hamilə olan model ən çox qazananların siyahısında yer tutmaqda davam edir.

Alessandra Ambrosio, 6,6 milyon dollar

Alessandra Ambrosio

Məşhur braziliyalı supermodel və “Victoria's Secret” başqa bir mələyi Allessandra Ambrosio “Calvin Klein”, “Ralph Lauren”, “Rolex”, “Giorgio Armani”, “Revlon” kimi ən nüfuzlu və tanınmış dünya brendləri ilə əməkdaşlıqdan öyünə bilər. Onun üz qabığına çəkildiyi jurnalların sayını heç kim bilmir. Model uğurlu karyerasını ailə ilə birləşdirə bilib. Biznesmen Mazura ilə nikahından onun iki uşağı var.

Alessandra model biznesində ilk addımlarını Adrianadan əvvəl 12 yaşında atıb. Bu şüurlu seçimimizdir yeniyetmə idi - o özü model kurslar üçün yazılırdı. O, 15 yaşında “Elite Model” müsabiqəsində qalibiliyyət qazanıb və agentliklə müqavilə imzalayıb.

Miranda Kerr, 4 milyon dollar

miranda-kerr-gq-may-2014-01

Miranda Kerr 1985-ci ildə Avstraliyada anadan olub. Professional olaraq maniken karyeriyasına 1997-ci ildə kəşf edilməsindən sonra başlayıb. Kerr ilk dəfə 13 yaşı olarkən “Chaay's Modelling Agency”-də modellik etməyə başlayıb.

Miranda Kerr moda dünyasının yüksələn ulduzları arasındadır. En tanınmış işləri Maybelline və “Victoria`s Secret”lə olub.

21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu. 2011-ci ildə cütlüyün bir oğlu doğulub. 2013-cü ildə isə Miranda Kerr və Orlando Bloom ayrıldıqlarını bəyan etdilər.

Miranda Kerr moda dünyasında da ən stilli xanımlardan biridir.

Karolin Merfi, 3,5 milyon dollar

Кэролин Мерфи в рекламной кампании David Webb

Karolin Merfi əsasən, idman jurnallarının üz qabığına çəkilir. 2011-ci ildə "Estee Lauder" kosmetika şirkətinin siması olub. 15 yaşında modellik karyerasına başlayan model dünyanın tanınmış brendleri ilə əməkdaşlıq edir. .

Kendis Sveynpol 3,1 milyon dollar

Dünyanın ən seksual modellərindən olan Kendis Sveynpol 15 yaşında bit bazarında “kəşf olunub”. Karyerası üçün məktəbi atan supermodeli “Cənubi afrikalı Keyt Moss” da adlandırırlar.

Çimərliyi, rəqs etməyi, boksla məşğul olmağı, at çapmağı sevən Kendisi incə bədən quruluşuna görə tez-tez anoreksiyada günahlandırırlar. Onun parametrləri 81-58-85 sm, boyu isə 177 sm-dir.

Anasının ən böyük arzusu Kendisi model kimi görmək olub. O, hazırda dünyanın ən seksual 4-cü, eləcə də “Forbes” jurnalının siyahısına əsasən isə ən bahalı 10-cu modelidir. Onun illik gəliri təxminən 18 milyon dollardır.

Karyerasının dönüş nöqtələrindən biri 2010-cu ildə “Victoria`s Secret”lə müqaviləsidir. O, “Victoria`s Secret”in ilk Cənubi afrikalı mələyidir.

26 yaşlı model psixologiya, incəsənət, həmçinin, tarixlə maraqlanır. Afrika və portuqal dillərini bilir. Portuqal dilini ona sevgilisi, braziliyalı model Hermann Nikoli öyrədib. Kendis Nikoli ilə 17 yaşında tanış olub və hələ də birlikdədir.


Müəllif: