Teleqraf.com xəbər verir ki, Xəzər TV-də yayımlanam “Bir ailəm var” serialındakı Səma obrazından tanıdğımız aktrisa Günel Həmidova Həmidə Ömərova ilə fotolarını sosial şəbəkələrdə paylaşıb.
Fotolar əsasən Qara dənizin sahilində yerləşən Trabzonda çəkilib.
Günel Həmidova kino günü münasibətilə həmkarlarını da təbrik edib: “Bu gün Milli Kino Günüdür. Bu münasibətlə Azərbaycan Kinosunun Kraliçası, hər kəsin sevimlisi, mənim mənəvi anam, müəlliməm, dəyərlim Həmidə Ömərova başda olmaqla, bütün kino işçilərini, bu sahədə əməyi, zəhməti olan hər kəsi təbrik edirəm”.