Teleqraf.com xəbər verir ki, bu sözləri bəstəkar-müğənni, “Lider” TV-nin tanınmış aparıcısı Murad Arif telekanalın prezidenti Ədalət Əliyevlə fotosunu paylaşaraq, sosial şəbəkədə yazıb.
Aparıcı yeni layihəyə hazırlaşdığını da xəbər verib: “10 il öncə Maykl Cekson, Uitni Hyuston sağ idi. 2007-ci ildə Murad Arif nəinki oxumurdu, heç mahnı da yazmırdı. Yəni belə uzun müddətdir ki, mən “Lider”dəyəm.
Bu 10 ildə mən "böyük adam" olmadım, amma çox böyüdüm. Güvənlə böyüdüm. O güvən “Lider”dir. Bu 10 il üçün səmimiyyətlə təşəkkür edib, yola davam edirik. Payızda, inşallah, “Lider”də yeni layihə ilə efirdəyik".
Qeyd edək ki, Murad Arifin Lider TV-də apardığı “Solo” verilişinin yayımı iyun ayında dayandırılmışdı.