Bu sözləri vayner Səbuhi Xanlarovun adının çəkilməsini istəməyən uzaq bir qohumu Teleqraf.com-a bildirib. O, Səbuhinin həyat yoldaşı ilə bağlı xəbərin yalan olduğunu deyib:
“Əmin ola bilərsiniz. Bütün söz-söhbətlər başdan-ayağa yalandır. Özümüz yığıb öyrənmişik. Bacısı guya saytlara hamilə olduğunu deyib. Biz qohumuq, amma onun ərə getdiyindən xəbərimiz yoxdur. Yəqin ki, bu da yalandır. Deyəsən bacısı da Səbuhi kimi yalan danışır”.
Qeyd edək ki, bu gün səhər aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb. Az sonra həmin xəbəri guya aktyorun bacısı təkzib edib. Daha sonra isə aktyor belə şeylə zarafat etmədiyini, xəbərin doğru olduğunu deyib. Hələ də, kimin yalan, kimin doğru danışdığı dəqiq bəlli deyil.